Fondun gəlir və xərcləri 15 milyon artırıldı

  Fondun gəlir və xərcləri 15 milyon artırıldı
  27 İyun 2019    Oxunub:1836
İşsizlikdən Sığorta Fondunun 2019-cu il üzrə büdcəsinin gəlirləri və xərcləri artırılıb.
Azvision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihəsinə dəyişiklik edilib.

Dəyişikliyə əsasən Fondun 2019-cu il büdcəsinin gəlirləri 83 451 400 manatdan, xərcləri isə 83 451 400 manatdan 98 451 400 manata qalıdırılır.

Anar Kəlbiyev
Azvision.az





Teqlər: Fond   Milli-Məclis  





Xəbər lenti