Otellərdə qiymətlər tənzimlənəcək

   Otellərdə qiymətlər tənzimlənəcək
  27 İyun 2019    Oxunub:2228
Otellərin ulduzlanması və sertifikatlaşdırılması müəyyən seqment üçün göstərilən xidmətlərin qiymətinin tarazlaşdırılmasına yardımçı olacaq.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib. O bildirib ki, turistlərə göstərilən xidmətlərlə bağl qiymət siyasəti var və bunlara müxtəlif məsələlər - otel, transport, neftin qiyməti təsir edir.

“Yeni yaradılan Bələdçilər Assosasiyasında sertifikasiyadan keçən və lisenziyalaşmış peşəkar turizm bələdçiləri artıq öz qiymətlərini formalaşdıracaq. Bu qiymətlər aşağı olmayacaq. Çünki həmin bələdçi investisiya qoyub və bunun qarşılığında qiymətini müəyyənləşdirir. Təhlükəsiz nəqliyyatın təminatı bizim üçün vacibdir. Belə xidməti göstərən şirkət olacaqsa, təbii ki, müəyyən qiyməti də olacaq. Keyfiyyətli bələdçi və nəqliyyat xidmətləri almaq istəyən turist isə bunun üçün ödənişini edəcək. Buna görə də keyfiyyət qiymətləndirilmələri bizim üçün vacibdir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Turist  





Xəbər lenti