Bu günədək 681181 hektar sahədə taxıl biçilib

  27 İyun 2019    Oxunub : 1081
Bu günədək 681181 hektar sahədə taxıl biçilib
Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1milyon 9 min 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 min 793 hektarı buğda, 331 min 346,8 hektarı isə arpa sahəsidir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azvision.az -a bildirilib ki, iyunun 27-nə olan operativ məlumata görə, ölkə ərazisində 681 min 181,1 hektar ərazidə taxıl biçini aparılıb, 309 min 621,35 hektar ərazidə arpa, 371 min 559,75 hektar ərazidə buğda biçini başa çatıb.

Ümumilikdə isə bu günədək ölkə üzrə 218 min 2105 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 32 sentner təşkil edir.

Bərdə, Zərdab, Ucar, Yevlax, Sabirabad, Saatlı, Salyan, Biləsuvar, Kürdəmir, Ağdam, Tərtər, Balakən, Qax, Neftçala, İmişli, FüzuliMasallı rayonlarında arpa biçini başa çatıb. Beyləqan, Cəlilabad, Göyçay rayonlarında isə arpa biçini başa çatmaq üzrədir.

Goranboy ərazisində arpa əkilmiş 13 min 449 hektar sahənin 13 min 339 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 29 s/ha təşkil edir. Göyçay ərazisində arpa əkilmiş 6851 hektar sahənin 6824 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 30,5 s/ha təşkil edir.

Şəki, Hacıqabul, Ağsu, Ağdaş rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib.

Azvision.az

Teqlər: KTN   Nazirlik   Taxıl   Biçin   Arpa