“Yeni sistem tıxacların qarşısını alacaq” - İbrahim Alışov
"Sığorta sektoru da inkişaf edir. Cari ilin I rübündə sığorta sektorunun payı qeyri-neft ÜDM-də 1,9 faiz həcmində olub. Maliyyə aktivlərdə sığorta sektorunun payı bu ilin I rübündə 3,1 faizə çatıb. Sığorta sektorunun aktivləri ilin əvvəli ilə müqayisədə 13,3 faiz artım nümayiş etdirirərək 1,4 milyon manat olub".
İ.Alışov qeyd edib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası yarandığı dövrdən sektor 64 faiz inkişaf nümayiş etdirib: "Sığorta sektorunun inkişaf etdirilməsi və sektora nəzarətin gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir. Belə ki, Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli, 354S nömrəli sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın qəbul edilməsi bunun bariz nümunəsidir".
Sədr əvəzi əlavə edib ki, Azərbaycanın sığorta bazarında ən böyük payı avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası təşkil edir. "Bu, keçən il bağlanan müqavilələrinin 50 faizdən artıq hissəsinə şamil edilir. Bu gün ən ağrılı məsələlərdən biri avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası ilə bağlıdır. Mobil tədbiqlər vasitəsilə hadisələrin baş verdiyi andan məlumatların onlayn rejimdə İcbari Sığorta Bürosuna, eyni zamanda müvafiq dövlət qurumlarına ötürülməsi həyata keçiriləcək. Hadisələrin qeydiyyatının "Forma 4" sənədi elektron olaraq təqdim ediləcək. Beləliklə, baş verən hadisələrin tənzimlənməsi tamamilə elektronlaşır. Bu, şəffaflığı və vətəndaş-məmur münasibətlərinin sıfıra endirilməsini təmin edəcək. Eyni zamanda ödənişlərin operativ həyata keçirilməsini təmin edəcək. Mobil tətbiq yollarda tıxac probleminin aradan qaldırılmasına müsbət təsir edəcək".
Aytən Zəhra
Azvision.az
Teqlər: İbrahim-Alışov Sığorta