Beş qurum arasında memorandum imzalandı

Beş qurum arasında memorandum imzalandı
  28 İyun 2019    Oxunub:1887
Bu gün Bakıda keçirilən IX Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2019) çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), Təhsil Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət), Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və İcbari Sığorta Bürosu (İSB) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Azvision.az xəbər verir ki, anlaşma memorandumu bu qurumların iştirakı ilə ölkədə sığorta sahəsi üzrə maarifləndirmə, təbliğat-təşviqat işlərinin aparılması və aidiyyəti qurumların İcbari Sığorta Bürosunun elektron informasiya sistemi ilə inteqrasiyasına dəstəyin verilməsi üzrə birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Aytən Zəhra
Azvision.az


Teqlər: Sığorta   Memorandum  





Xəbər lenti