Neftin qiyməti yenidən ucuzlaşıb

  28 İyun 2019    Oxunub : 649
Neftin qiyməti yenidən ucuzlaşıb
Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,21 dollar azalaraq 66,34 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,28 dollar ucuzlaşaraq 59,15 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti isə 0,12 dollar azalaraq 67,30 dollar olub.

Azvision.az


Teqlər: Neft   Birja