“Ulduzum” proqramının partnyor sayı 300-ü keçib
Bakcell 2 il bundan əvvəl özünün “Ulduzum” loyallıq proqramının partnyor siyahısına Türk Hava Yollarının “Miles & Smiles” proqramını daxil edən ilk şirkətlərdən olub. Belə ki, “Ulduzum” istifadəçiləri mobil rabitə xidmətlərinə xərclənən hər 1 manata 3 milə qədər qazanmaq imkanına malikdirlər.
Bakcell şirkətinin həyata keçirdiyi “Ulduzum” loyallıq proqramının əsas məqsədi abunəçilərə təkcə endirim və üstünlüklər təqdim etmək yox, onların gündəlik həyatına rahatlıq gətirmək, eyni zamanda loyallıq, etibar və şəffaflıq üzərində qurulmuş münasibətləri möhkəmləndirməkdir.
Hər bir Bakcell abunəçisi “Ulduzum” proqramından yararlana bilər. Xüsusi təklif və eksklüziv endirimlərdən faydalanmaq üçün abunəçi xüsusi mobil tətbiqetmə vasitəsilə, telefonda *5555#YES kodunu yığmaqla və yaxud * işarəsini 5555 nömrəsinə SMS vasitəsilə göndərməklə “Ulduzum” kodunu əldə etməlidir. Əldə olunmuş kod alış-veriş və yaxud xidmətlərin ödənilməsi zamanı təqdim edilməlidir. Proqram barədə ətraflı məlumat üçün www.ulduzum.az səhifəsinə daxil olun.
Azvision.az