Neft Fondu ötən ay 315,9 milyon dollar satıb

  02 İyul 2019    Oxunub : 539
Neft Fondu ötən ay 315,9 milyon dollar satıb
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ötən ay ərzində həyata keçirilmiş valyuta satışı ilə bağlı açıqlama yayıb.
Fonddan Azvision.az -a verilən məlumata görə, ARDNF tərəfindən bu ilin iyun ayı ərzində valyuta hərraclarında 315,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Qeyd edək ki, ARDNF tərəfindən 2019-cu ilin may ayı ərzində 352,4 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Azvision.az

Teqlər: ARDNF   Dollar