783 min sahədə taxıl biçini aparılıb

783 min sahədə taxıl biçini aparılıb
  02 İyul 2019    Oxunub:1737
Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1 milyon 9 min 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 min 793 hektarı buğda, 331 min 346,8 hektarı isə arpa sahəsidir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azvision.az -a verilən məlumata görə, iyulun 1-nə olan operativ məlumata görə, ölkə ərazisində 783 min 147,6 hektar ərazidə taxıl biçini aparılıb, 319 min 440 hektar ərazidə arpa, 463 min 707,55 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 2 milyon 514 min 610,9 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 32,1 sentner təşkil edir.

Ağdam, Bərdə, Biləsuvar, İmişli, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab və Ucarda taxıl biçini başa çatıb. Ağdaş, Kürdəmir, Tərtər, Neftçala və Füzuli rayonlarında taxıl biçini isə başa çatmaq üzrədir. Ağcabədi ərazisində arpa əkilmiş 6672 hektar sahənin 6666 hektarı artıq biçilib, buğda əkilmiş 22 min 503 hektar sahənin 21 min 888 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 32,7 s/ha, buğda üzrə məhsuldarlıq 35,7 s/ha təşkil edir.

Füzuli ərazisində arpa əkilmiş 8505 hektar sahənin hamısı, buğda əkilmiş 28 min 621 hektar sahənin 27 min 859 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 29 s/ha, buğda üzrə məhsuldarlıq 31,6 s/ha təşkil edir.

Ağdaş, Beyləqan, Neftçala və Tərtər rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə olunub.

Azvision.az



Teqlər: KTN  





Xəbər lenti