Mərkəzi Bankın valyuta ehtiyatları artıb

  03 İyul 2019    Oxunub : 712
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.
Azvision.az Mərkəzi Banka istinadən xəbər verir ki, AMB-nin valyuta ehtiyatları iyulun 1-nə 5 milyard 939,4 milyon ABŞ dolları olub. Bu göstərici ötən ayın müvafiq dövrü ilə müqayisədə 68,5 milyon dollar çoxdur.

Qeyd edək ki, keçən ilin sonuna AMB-nin valyuta ehtiyatları 5 milyard 625,7 milyon olmuşdu.

Azvision.az

Teqlər: Mərkəzi-Bank   Valyuta