Çindən Azərbaycana daha bir blok qatarı çatır

Çindən Azərbaycana daha bir blok qatarı çatır
  04 İyul 2019    Oxunub:2218
Çindən Azərbaycana göndərilən daha bir blok qatarı Aktau limanına çatıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, Çindən yola düşən daha bir blok qatarı yaxın günlərdə Azərbaycana çatacaq. Siandan gələn qatar 21 ədəd 45 futluq və 15 ədəd 40 futluq konteynerdən ibarətdir. Konteynerlər artıq Qazaxıstanın Aktau limanına çatıb və “Türküstan” fider gəmisi ilə Ələt limanına yola salınacaq.

Layihə bu ilin aprelində Pekində 2-ci “Bir kəmər, bir yol” Forumunda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun iştirakı ilə qurumun törəmə şirkəti olan “ADY Konteyner” MMC və Çinin “Xi’an Continental Bridge International Logistics Co. Ltd” şirkəti arasında Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə hərəkət edən konteyner qatarlarının təşkili üzrə əməkdaşlıq çərçivəsində baş tutub. Hər iki şirkət cari ildə 30 konteyner qatarı (2460TEU) buraxmağı planlaşdırır.

Razılaşma, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nəqliyyat qovşağı kimi fəaliyyətinin genişləndirilməsində əhəmiyyətli rol oynayacaq.

Azvision.az


Teqlər: Qatar   Çin  





Xəbər lenti