800 min hektardan çox sahədə taxıl biçilib

  04 İyul 2019    Oxunub : 947
800 min hektardan çox sahədə taxıl biçilib
Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.
Kənd Təsərrüfatı Nazirliyindən Azvision.az -a verilən məlumata görə, iyulun 4-nə olan operativ məlumata görə, ölkə ərazisində 813812,2 hektar ərazidə taxıl biçini aparılıb, 321568 hektar ərazidə arpa, 492244,15 hektar ərazidə buğda biçini başa çatıb.

Ümumilikdə bu günədək ölkə üzrə 2614756,7 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 32,1 sentner təşkil edir.

Ağdam, Bərdə, Biləsuvar, İmişli, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab, Ucar, Göyçay, NeftçalaAğcabədidə taxıl biçini başa çatıb. Ağdaş, Kürdəmir, Tərtər, Füzuli rayonlarında taxıl biçini başa çatmaq üzrədir. Ağsu ərazisində arpa əkilmiş 16036 hektar sahənin 15740 hektarı artıq biçilib, buğda əkilmiş 20038,5 hektar sahənin 17410 hektarı artıq biçilib.

Rayonda arpa məhsuldarlıq 31 s/ha, buğda üzrə məhsuldarlıq 32,5 s/ha təşkil edir. Oğuz ərazisində arpa əkilmiş 4118 hektar sahənin 4100 hektarı artıq biçilib, buğda əkilmiş 11969 hektar sahənin 10900 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 30,8 s/ha, buğda üzrə məhsuldarlıq 31 s/ha təşkil edir. Ağdaş, Beyləqan, Tərtər rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə edilib: Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.

Azvision.az

Teqlər: Taxıl   Arpa   Biçin   Nazirlik   KTN