KOBİA-dan
Azvision.az -a verilən məlumata görə, ictimai-iaşə obyektləri, tikiş sexləri, mebel və inşaat materialları mağazalarında, fərdi təsərrüfatlarda olan “KOB könüllüləri” sahibkarları biznesin qurulması və inkişafı, hüquq və mənafelərinin müdafiəsi, özünüməşğulluq proqramına qoşulmaq kimi məsələlərlə bağlı Qəbələ-Oğuz “KOB Dostu”na müraciət edə biləcəkləri barədə məlumatlandırıb, onlara maarifləndirici bukletlər paylayıblar.
Bildirilib ki, Agentliyin digər şəhər və rayonlarında fəaliyyət göstərən “KOB könüllüləri” tərəfindən KOBİA-nın fəaliyyəti və göstərdiyi xidmətlər barədə yerli sahibkarların məlumatlandırılması məqsədilə belə görüşlər iyul-avqust ayları ərzində davam etdiriləcək.
Azvision.az