Taxıl sahələrinin 88,3%-də biçin başa çatıb

Taxıl sahələrinin 88,3%-də biçin başa çatıb
  08 İyul 2019    Oxunub:1912
Respublika ərazisində taxıl biçini davam edir.
Kənd Təsərrüfatı Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.

İyulun 8-nə olan operativ məlumata görə, ölkə ərazisində 897169 hektar ərazidə taxıl biçini aparılıb, 331909 hektar ərazidə arpa, 565260 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 2847162,4 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,7 sentner təşkil edir.

Ağdam, Bərdə, İmişli, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab, Göyçay, Neftçala, Ağcabədi və Balakəndə taxıl biçini başa çatıb. Ağdaş, Kürdəmir, Tərtər, Füzuli rayonlarında taxıl biçini başa çatmaq üzrədir. İsmayıllı ərazisində arpa əkilmiş 6173 hektar sahənin 6027 hektarı artıq biçilib, buğda əkilmiş 23200 hektar sahənin 21593 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 31,7 s/ha, buğda üzrə məhsuldarlıq 37,7 s/ha təşkil edir. Kürdəmir ərazisində arpa əkilmiş 29926 hektar sahə artıq biçilib, buğda əkilmiş 18120 hektar sahənin 18093 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 33,3 s/ha, buğda üzrə məhsuldarlıq 34,5 s/ha təşkil edir. Ağdaş, Beyləqan, Tərtər, Qəbələ və Qax rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə edilib.

Azvision.az


Teqlər: Taxıl  





Xəbər lenti