Vergilər Nazirliyində görüş keçirilib

  08 İyul 2019    Oxunub : 671
Vergilər Nazirliyində görüş keçirilib
Vergilər naziri Mikayıl Cabbarov “Xəzər Siyasət Mərkəzi”nin idarə heyətinin üzvü Robert Sekuta ilə görüşüb.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Azvision.az -a bildirilib ki, görüşdə Azərbaycan iqtisadiyyatında, o cümlədən vergi sistemində aparılan islahatlar, vergi qanunvericiliyi və inzibatçılığı sahəsində həyata keçirilən yeniliklər barədə ətraflı məlumat verilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az

Teqlər: Vergi   Görüş