“Azeri Light”ın qiyməti 69 dollara yaxınlaşıb

  12 İyul 2019    Oxunub : 874
“Azeri Light”ın qiyməti 69 dollara yaxınlaşıb
Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,46 dollar artaraq 66,98 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,38 dollar bahalaşaraq 60,58 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,72 dollar artaraq 68,83 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft