6 ayda Azərbaycana 18740 avtomobil gətirilib

  16 İyul 2019    Oxunub : 911
6 ayda Azərbaycana 18740 avtomobil gətirilib
Bu ilin yanvar-iyun aylarında Azərbaycana idxal edilən avtomobillərin sayı 18 min 740 olub.
Dövlət Gömrük Komitəsindən Azvision.az a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 101-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 16 min 965-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitələri, 1593-ü yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 81-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

Azvision.az

Teqlər: DGK   Maşın