Dövlət büdcəsinin kəsiri 546 milyon manata çatıb

Dövlət büdcəsinin kəsiri 546 milyon manata çatıb
  17 İyul 2019    Oxunub:1763
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 10 405,5 milyon manat, xərcləri isə 10 951 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,5% və 5,5% çoxdur.

Büdcədə 545,5 milyon manatlıq kəsir yaranıb. Bu, yanvar-may aylarının yekunu ilə müqayisədə 118,7 milyon manat çoxdur.

Azvision.az


Teqlər: Büdcə   Manat  





Xəbər lenti