İkinci rübdə 9 milyon tondan çox neft hasil olunub

  17 İyul 2019    Oxunub : 1030
İkinci rübdə 9 milyon tondan çox neft hasil olunub
Cari ilin ikinci rübündə Azərbaycanın digər hasilatçı şirkətləri daxil olmaqla, ölkə üzrə ümumilikdə 9 milyon tondan artıq neft, 8 milyard kubmetrdən çox qaz hasil edilib.
Azvision.az SOCAR-a istinadən xəbər verir ki, hesabat dövründə ölkədən 2,4 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Cənub Qaz Dəhlizinin işə düşməsi ilə əlaqədar təbii qazın ixracında müşahidə edilən artım ötən ilin müvafiq dövrünə nisbətən təqribən 37 faiz olub.

Azvision.az

Teqlər: SOCAR   Neft   Qaz