Bakı Limanının 6 aylıq statistik nəticələri

Əsas artım iri həcmli nəqliyyat vasitələrinin (TIR-ların) daşınmasında qeydə alınmışdır. Belə ki, TIR-ların sayı keçən ilin müvafiq dövrünə nisbətən 57,8% artaraq 15 009 ədəd olmuşdur. Bunlardan 11 372 ədədi (75,8%) Bakı-Türkmənbaşı-Bakı, 3 637 ədədi isə (24,2%) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib. Konteynerlərin aşırılmasında keçən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-iyun ayları ərzində 14 886 ədəd konteyner (TEU ekvivalentində) aşırılmışdır ki, bu da 37,7% artım deməkdir.
Bərə terminalında aşırılan vaqonların sayı 15,4% artaraq 25 344 (keçən ilin müvafiq dövründə 21 960 vaqon) ədədə çatmışdır. Bunlardan 11 636 vaqon (45,9%) Bakı-Kurik-Bakı istiqamətində, 13 708 (54,1%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib.
Sərnişin daşınmasında hər iki istiqamətdə keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,1 % artım qeydə alınmış və 19 984 nəfər təşkil edib. Ümumi yükaşırmanın həcmi 2018-ci ilin müvafiq dövrünə (1 960,4 min ton) nisbətdə 1.1% artaraq 1 981,3 min ton olub. Yükaşırmanın 85,4%-i (1 692,4 min ton) tranzit yükaşırmanın payına düşüb.
Azvision.az