Bu günədək 3,1 milyon ton taxıl yığılıb
Abşeron, Ağdam, Ağdaş, Ağsu, Ağstafa, Astara, Ağcabədi, Balakən, Bərdə, Biləsuvar, Beyləqan, Cəlilabad, Cəbrayıl, Füzuli, Naftalan, Hacıqabul, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Tərtər, Tovuz, Qax, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab, Ucar, Yevlax, Göyçay, Qəbələ, Siyəzən və Neftçalada taxıl biçini başa çatıb. Qobustan, Xaçmaz, Qusar, Oğuz və Şəki rayonlarında taxıl biçini başa çatmaq üzrədir. Qobustan ərazisində arpa əkilmiş 9382 hektar sahənin 9262 hektarı artıq biçilib, buğda əkilmiş 22258 hektar sahənin 20113 hektarı artıq biçilib.
Rayonda arpa məhsuldarlıq 23,7 s/ha, buğda üzrə məhsuldarlıq 25,3 s/ha təşkil edir. Xaçmaz ərazisində arpa əkilmiş 5786 hektar sahə artıq biçilib, buğda əkilmiş 19223 hektar sahənin 19114 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 30,0 s/ha, buğda üzrə məhsuldarlıq 34,8 s/ha təşkil edir. Naxçıvan Muxtar Respublikasında, Şəmkir, Quba və Qusar rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə olunub.
Azvision.az