Mərkəzi Bank növbəti depozit hərracı keçirəcək

Mərkəzi Bank növbəti depozit hərracı keçirəcək
  27 İyul 2019    Oxunub:1550
İyulun 29-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
Azvision.az xəbər verir ki, saat 11:00-11:15 aralığında təşkil ediləcək hərrac "Blumberq" ticarət sistemi platformasında həyata keçiriləcək. Hibrid formalı hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10:00-dır.

Hərracda məbləğ 100 000 000 (yüz milyon) manat, müddət 14 gün, faiz dərəcəsi isə 6,26% - 8,24%-dir.

Azvision.az



Teqlər: AMB   Hərrac  





Xəbər lenti