“Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol”

“Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol”
  29 İyul 2019    Oxunub:1862
Prezident İlham Əliyevin bu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanının icrasına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) istismara icazə verilmiş binalardakı mənzillərin çıxarışla təmin olunması prosesini intensiv formatda davam etdirir. İyulun 29-dan avqustun 2-dək paytaxtın 3 rayonunda səyyar qeydiyyat xidmətləri göstəriləcək.
Komitədən Azvision.az -a verilən məlumata görə, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası iyulun 29-30-da Nizami, iyulun 31-də Səbail, avqustun 1-2-də isə Yasamal rayonunda xidmət göstərəcək.

Ünvanlarda göstərilən qeydiyyat xidmətləri vətəndaşların rahatlığını və vaxta qənaəti təmin edir, qeydiyyata alınan mənzillərin sayını və bu sahədə səmərəliliyi artırır. Fərmana uyğun olaraq, görülən işlər nəticəsində vətəndaşların geniş formada mülkiyyət hüququndan istifadəsi təmin edilir.

Nizami rayonu üzrə kampaniya 2543-cü məhəllə, Şirin Mirzəyev küçəsindəki 16 mərtəbəli, birgirişli, 108 mənzilli binada və E.Süleymanov küçəsi, 2383-cü məhəllə 6 mərtəbəli, altıgirişli, 73 mənzilli binalarda keçiriləcək. Səbail rayonunda qeydiyyat xidmətləri isə 4-cü Badamdar, 6012-ci məhəllədəki 14 mərtəbəli, dördgirişli, 286 mənzilli binada göstəriləcək. Yasamal rayonda keçirilən kampaniyadan isə Yeni Yasamal 2 ünvanındakı 10 mərtəbəli, 8 girişli və 210 mənzilli binanın, o cümlədən Zahid Xəlilov küçəsi, 586-cı məhəllədəki 9 mərtəbəli, dördgirişli, 72 mənzilli binanın sakinləri yararlanacaq.

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində bu həftə 5 bina üzrə 744 mənzil üzrə sənədlərin qəbulu nəzərdə tutulub. Mənzillərini dövlət qeydiyyatına almaq istəyən vətəndaşlar şəxsiyyət vəsiqəsi, maliyyə arayışı, protokoldan çıxarış ilə birlikdə səyyar mobil ofislərə yaxınlaşa bilərlər.

Azvision.az



Teqlər: Əmlak   Komitə   Kampaniya  





Xəbər lenti