Sabunçuda qaz problemi həll olunub

Müvəqqəti olaraq sakinlərin qaz təchizatı alternativ xətlə təmin edildi. Su dolan kəmərin isə yenisi ilə əvəz olunması qərara alındı. Beləliklə, artıq təqribən 1000 metr uzunluğunda 315 millimetr diametrində olan polietilen kəmər hazırdır və bu gündən istifadəyə veriləcək.Bununla da 6 minədək abonenti əhatə edən Sabunçu qəsəbəsinin Q.Vəzirov, Natəvan, S.Aydınbəyov, İ.Əfəndiyev, Musabəyov, M.Qasımov küçələrində, eləcə də bir neçə çoxmərtəbəli binada qaz təchizatı normal şəkildə təmin olunacaq.
Yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar bu gün saat 10:00-dan qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.
Azvision.az