İpoteka ilə ev almaq istəyənlərin nəzərinə!

İpoteka ilə ev almaq istəyənlərin nəzərinə!
  29 İyul 2019    Oxunub:2200
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan vətəndaşların ilkin razılıq qərarının alınması üçün müraciətlərinin qəbulu uğurla davam etdirilir.
Azvision.az xəbər verir ki, bu barədə MİDA məlumat yayıb. Bildirilir ki, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda edilən dəyişikliklərə uyğun olaraq mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan şəxs mütləq:

• ilkin razılıq qərarının alınması üçün agent banklara müraciət etməli;

• agent bankdan aldığı ilkin razılıq qərarının “Güzəştli mənzil” sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etməlidir.

Azvision.az



Teqlər: MIDA  





Xəbər lenti