Bəzi rayon və qəsəbələrin qazı kəsildi

Bəzi rayon və qəsəbələrin qazı kəsildi
  30 İyul 2019    Oxunub:1632
Bu gün saat 09:00-dan etibarən Səngəçal, Umbakı, Sahil və Əzimkənd qəsəbələri, Bərdə, Tərtər, Ağdam, Yevlax, Goranboy, Ucar və Ağsu rayonları, eləcə də Xudat şəhərinin bir neçə kəndində təbii qaz təchizatı dayandırılıb.
“Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a verilən məlumata görə, bu, aşkarlanan qaz sızmalarının ləğvi, bəzi yerlərdə qaz kəmərlərinin bir hissəsinin dəyişdirilməsi və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədardır.

Ağsu rayonunda tətbiq ediləcək qaz dayandırmaları isə zəlzələ vaxtı zədələnmiş, tikintisi başa çatdırılan evlərin qaz sayğaclarının mövcud qaz xətləri üzərinə birləşdirilməsi ilə bağlıdır. Bundan başqa, saat 09:00-dan işlər başa çatanadək qaz xətlərində aşkar olunmuş qaz sızmalarının ləğvi, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar Xətai rayonu, Əhmədli qəsəbəsində bəzi prospekt və küçələrdə də qaz təchizatı dayandırılıb.

Azvision.az



Teqlər: Azəriqaz  





Xəbər lenti