Bank sektorunun aylıq icmal göstəriciləri

Bank sektorunun aylıq icmal göstəriciləri
  30 İyul 2019    Oxunub:1748
İyunun 30-na Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 980,1 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 380,5 milyon manat təşkil edib. Sektorun balans kapitalı 4 milyard 599,6 milyon manat olub.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, iyuna sektorun aktivlərinin 43,8 faizini kredit portfeli təşkil edir. Cari ilin ilk yarısında kredit portfeli 4,1 faiz (517,7 milyon manat) artaraq ümumi kredit portfeli ayın sonuna 13 milyard 146 milyon manat təşkil edib.

İyunda fiziki şəxslərin əmanətləri 8 milyard 633,8 milyon manat təşkil edib. Bu ilin 6 ayında fiziki şəxslərin cəmi əmanətləri 4,4 faiz (364,1 milyon manat) artıb. Artım əsasən tələbli depozitlər hesabına baş verib. Belə ki, yarım ildə tələbli depozitlər 18,1 faiz (505,7 milyon manat) artıb.

Hüquqi şəxslərin depozitləri 6 ayda 1,1 faiz (114,1 milyon manat) azalsa da, müddətli depozitləri 55,4 faiz (803,5 milyon manat) artaraq 2 milyard 253,2 milyon manata çatıb.

Sektorun balans kapitalı ilin birinci yarısında 13 faiz (527,8 milyon manat) artaraq 4 milyard 599,6 milyon manat olub.

Altı ayda banklar 433,4 milyon manat xalis mənfəət əldə ediblər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 14,1 faiz (118,8 milyon manat), kreditlər üzrə faiz gəlirləri isə 18,4 faiz (107,8 milyon manat) artıb.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 513, şöbələrinin sayı 129, ATM-lərin sayı 2 min 571 olub. Bank sektorunun işçi heyətinin sayı 5 faiz (873 nəfər) artaraq 18 min 288 nəfər təşkil edib.

Azvision.az


Teqlər: Bank  





Xəbər lenti