“Yaşıl kart” sistemi üzrə 6 aylıq statistika
Hesabat dövründə sığorta hadisələrinin sayı da keçən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 219-a çatıb.
İlin birinci yarısında İSB tərəfindən “Yaşıl Kart” sistemi çərçivəsində sığorta tələbləri ilə bağlı 72 iş üzrə icraat davam etdirilib. İcraatda olan işlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 42 faiz azalma olub. Bu, öz növbəsində, İSB-in “Yaşıl Kart” sistemi çərçivəsində hadisələr üzrə sığorta ödənişləri ilə bağlı daha operativ fəaliyyət göstərməsinin nəticəsidir.
Hazırda “Yaşıl Kart” sığorta növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 12 sığorta şirkəti fəaliyyət göstərir.
Azvision.az
Teqlər: Yaşıl-Kart Statistika