Sahibkarlara 2,3 milyard manat güzəştli kredit verilib
Onun sözlərinə görə, bu kreditlər hesabına 166 mindən çox yeni iş yerinin açılması imkanı yaranıb: “Kreditlərin 1 milyard manatı büdcə, 1,3 milyard manatı isə geri qaytarılan vəsaitlər hesabına verilib. Bu kreditlərin 74%-i regionlarda, 26%-i Bakı şəhərinin qəsəbələrində fəaliyyət göstərən sahibkarlara verilib”.
S. Məmmədov qeyd edib ki, verilən kreditlərin 68%-i aqrar sektorun, 32%-i isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib.
Aytən Zəhra
Azvision.az