Bankomatların və POS-terminalların sayı artıb

Bankomatların və POS-terminalların sayı artıb
  01 Avqust 2019    Oxunub:1594
İyulun 1-nə ölkə üzrə bankomatların sayı 2 min 571 ədəd olub ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 ədəd çoxdur.
Azvision.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankomatların 1373-ü Bakıda, 1198-i isə digər şəhər və rayonlarda yerləşir. Ölkədə banklar tərəfindən quraşdırılmış POS-terminalların sayı 63 min 396 təşkil edib ki, bunun da 25 min 747 ədədi təmassız POS-terminallardır. Cari ilin 6 ayında ötən ilin birinci yarısı ilə müqayisədə təmassız POS-terminalların sayı 26 faiz (5305 ədəd) artıb.

Azvision.az



Teqlər: Mərkəzi-Bank  





Xəbər lenti