"Qarabağ" Azərbaycanın xalını artırdı - UEFA reytinqi

"Qarabağ" Azərbaycanın xalını artırdı -   UEFA reytinqi
  01 Avqust 2019    Oxunub:1680
Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları və Avroliqanın bir matçından sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.
Azvision.az xəbər verir ki, “Qarabağ”ın İrlandiya çempionu "Dundalk" üzərində 3:0 hesablı qələbəsi ölkəmizə 0,250 xal qazandırıb. Bununla da, Azərbaycan son 5 mövsümdəki xallarını 16,875 çatdırıb. Ancaq ölkəmizin mövqeyi dəyişməyib, əvvəlki kimi 26-cı pillədə qalıb.

Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan Qazaxıstanın 17,625 xalı var.

Azvision.az



Teqlər: Qarabağ   UEFA   Reytinq  





Xəbər lenti