Bəzi yerlərdə qaz olmayacaq

Bəzi yerlərdə qaz olmayacaq
  01 Avqust 2019    Oxunub:1790
Bu gün saat 12:00-dan 15:00-a qədər Hacıqabul rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq.
Bu barədə Azvision.az -a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, qaz təchizatının dayandırılması ölçü hesablayıcı avadanlıqların və digər qurğuların təftişi, eləcə də sazlama işləri ilə əlaqədardır.

Saat 14.00-dan işlər başa çatana qədər isə Beyləqanın ümumi abunəçi sayı 1353 nəfər olan 4 kəndində də qaz təchizatı dayandırılacaq. Bu müddət ərzində orta təzyiqli yeraltı qaz kəmərlərində müəyyən sazlama işləri aparılacaq.

Azvision.az


Teqlər:





Xəbər lenti