ABA Rəyasət Heyətinin iclası keçirilib

ABA Rəyasət Heyətinin iclası keçirilib
  01 Avqust 2019    Oxunub:1657
Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin iclası keçirilib.
Qurumdan Azvision.az -a verlən məlumata görə, iclasın gündəliyində duran əsas məsələ “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il Fərmanının icrası ilə bağlı ABA tərəfindən müvafiq qurumlara təqdim edilmiş, bəzi qanunvericilik aktlarına əlavə və təkliflərin müzakirəsi və cari məsələlər olub.

İclasda ABA-nın “Marketinq və PR üzrə” Ekspert Qrupuna sədr vəzifəsinə namizəd “Bank Respublika” ASC-nin Marketinq Departamentinin direktoru Əli Daşdəmirov və “Kredit işi” Ekspert Qrupuna sədr vəzifəsinə namizəd AccessBank-ın Pərakəndə və Biznes müştəriləri üzrə İcraçı Direktor Elşən Pirmalıyev Assosiasiyanın Rəyasət Heyətinə təqdim olunub və onların müvafiq qruplara sədirliyi təsdiqlənib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Azvision.az


Teqlər: ABA   Bank  





Xəbər lenti