Bakıda orta aylıq əməkhaqqı 821 manatdır

  02 Avqust 2019    Oxunub : 762
 Bakıda orta aylıq əməkhaqqı 821 manatdır
Yanvar-may aylarının ilkin məlumatlarına əsasən, əvvəlki ilə nisbətən Bakıda işçilərin orta aylıq nominal əməkhaqqı 3,9 faiz artaraq 821,4 manata çatıb.
Azvision.az Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadən xəbər verir ki, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Azvision.az

Teqlər: Statistika   Maaş