Bakıda benzin istehsalı azalıb

Bakıda benzin istehsalı azalıb
  02 Avqust 2019    Oxunub:1653
İlin birinci yarısında paytaxtda avtomobil benzininin istehsalı azalıb.
Azvision.az Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadən xəbər verir ki, 6 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 535,6 milyon manat olmaqla əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə sabit qiymətlərlə 1,5 faiz azalıb.

Neft məhsullarından avtomobil benzininin, ağ neftin, sürtkü yağlarının və neft bitimunun istehsalı azalıb. Yanacaq mazutunun neft-kimya sənayesində istifadə üçün benzinin və dizel yanacağının istehsalı isə artıb.

Azvision.az



Teqlər: Benzin   Statistika  





Xəbər lenti