Qızıl və gümüş istehsalında rekord nəticə
Cari hasilat prosesinin optimallaşdırılması və qiymətli metalların hasilatının maya dəyərinin azaldılması ilə yanaşı, “AzerGold” QSC yeni əlvan metal yataqların istismara cəlb edilməsi məqsədi ilə kəşfiyyat işlərini uğurla davam etdirir. Belə ki, iyul ayında 7285 metr geoloji buruq qazma işləri görülüb, ilin sonunadək bu rəqəmin 40 min metrə çatdırılması planlaşdırılır. Kəşfiyyat proqramı Çovdar yatağının yerüstü və yeraltı ehtiyatlarının artırılmasını, qızıl və gümüşə perspektivli olan Ağyoxuş, Mərək və Tülallar sahələrində buruq-qazma işlərini və ehtiyatların təsdiqini, habelə Filizçay polimetal yatağında ehtiyatların beynəlxalq standartlar əsasında qiymətləndirilməsini nəzərdə tutur.
Hazırda “AzerGold” QSC tərəfindən aparılan kəşfiyyat işləri gələcəkdə milli mədənçilik sənayesinin mənfəətini artırmaqla yanaşı, regionların sosial-iqtisadi tərəqqisi, həmçinin qeyri-neft sektorunun daha da dinamik inkişafına töhfə verməyə hədəflənib.
Azvision.az
Teqlər: