Şahin Mustafayev İranda bir sıra görüşlər keçirib
Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında əməkdaşlığın möhkəm müqavilə-hüquq bazası yaradılıb, Azərbaycan və İran arasında ticarət dövriyyəsi artır, nəqliyyat, energetika, yükdaşımalar, sənaye, səhiyyə, kənd təsərrüfatı, İKT, turizm, humanitar və sair sahələrdə əməkdaşlıq inkişaf edir, əlaqələrin daha da genişləndirilməsi üçün potensial böyükdür.
Azərbaycanda əlverişli biznes mühitindən yararlanaraq bir sıra sahələrdə, o cümlədən sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı sahələrində İran şirkətlərinin fəallığı artır.
Ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit əməkdaşlığıdır və bu sahədə mühüm işlər görülüb. Tarixi əhəmiyyətə malik “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində önəmli tədbirlər həyata keçirilib. Qeyd olunub ki, nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi daşınan yüklərin həcminin artırılmasını təmin etməklə, Azərbaycan və İranın nəqliyyat-tranzit və ticarət-iqtisadi potensialının gücləndirilməsinə töhfə verir. Bununla yanaşı, iki ölkə arasında tranzit əməliyyatlarının tam elektronlaşdırılmasını nəzərdə tutan “e-TIR” pilot layihəsinin tətbiqinə başlanılıb, sərhəd-keçid məntəqələrində iş rejiminin artırılması təmin olunub
İqtisadi əlaqələrin inkişafında digər sahələrlə yanaşı, sənaye mühüm rol oynayır. Azərbaycan və İran arasında maşınqayırma, əczaçılıq, qida sahələrində birgə layihələrin reallaşdırılması istiqamətində işlər görülür. Azərbaycanda İran Klinikası fəaliyyət göstərir.
Görüşlərdə nəqliyyat, iqtisadi-ticarət, energetika, sənaye, kənd təsərrüfatı, səhiyyə, İKT, turizm, humanitar, xidmət və sair sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətləri, o cümlədən birgə müəssisələrin yaradılması barədə fikir mübadiləsi aparılıb.
Azvision.az
Teqlər: İran