Neft Fondunun ötən il üzrə illik hesabatı hazırlanıb

Neft Fondunun ötən il üzrə illik hesabatı hazırlanıb
  05 Avqust 2019    Oxunub:1921
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatı, maliyyə fəaliyyəti haqqında hesabatının auditinin nəticələrini özündə əks etdirən illik hesabatı hazırlanıb.
ARDNF-dən Azvision.az -a bildirilib ki, Fondun 2018-ci il üzrə hesabatının dizaynı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

Hesabatda 100 il ərzində (1918-2018) Azərbaycanda həyata keçirilmiş ilklərə dair məlumatlar (Şərqdə ilk demokratik respublikanın qurulması, qadınlara səsvermə hüququnun verilməsi, Şərqdə ilk konservatoriyanın açılması, ilk dəniz platformasının tikintisi, Birinci Avropa oyunlarının keçirilməsi) öz əksini tapıb.

Azvision.az



Teqlər: Neft-Fondu  





Xəbər lenti