Neft Fondu qızıl ehtiyatları ilə bağlı açıqlama yaydı

Neft Fondu qızıl ehtiyatları ilə bağlı açıqlama yaydı
  06 Avqust 2019    Oxunub:1947
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Ümumdünya Qızıl Şurasının (World Gold Council) avqustun 1-də yenilədiyi dünya ölkələri üzrə rəsmi qızıl ehtiyatlarının statistikası hesabatında Azərbaycanın bu reytinqdə yer almaması ilə bağlı bildirib ki, qeyd edilən qurum ölkələrin qızıl rezervləri barədə məlumatı Beynəlxalq Valyuta Fondundan (BVF) əldə edir və bu statistika özündə əsasən Maliyyə Nazirliyi və Mərkəzi Banklar kimi monetar və fiskal qurumların balansında olan qızıl ehtiyatlarını özündə birləşdirir.
Fonddan Azvision.az -a verilən məlumata görə, bu səbəbdən Dövlət Neft Fondunun qızıl investisiyaları qurumun rüblük hesabatında öz əksini tapmayıb.

Qeyd edilib ki, ARDNF-nin İnvestisiya siyasəti və İnvestisiya qaydalarının tələblərinə uyğun olaraq iyunun 30-na ARDNF-nin investisiya portfelinə daxil olan qızılın miqdarı 95,47 ton (3 069 414,783 troya unsiyası və ya 4 356,4 milyon ABŞ dolları) təşkil edir. ARDNF-nin investisiya portfelinə daxil olan qızıl yatırımları ilə bağlı məlumatlar Fondun rüblük və illik hesabatları vasitəsilə mütəmadi olaraq ictimaiyyətə açıqlanır.

Azvision.az



Teqlər: Neft   Fond   Qızıl  





Xəbər lenti