Neft Fondu AÇQ-dan 143,3 milyard dollar qazanıb

Neft Fondu AÇQ-dan 143,3 milyard dollar qazanıb
  08 Avqust 2019    Oxunub:1778
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il avqustun 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində ümumilikdə 143 milyard 366 milyon ABŞ dolları gəlir əldə edib.
Bu barədə Azvision.az -a ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

Bildirilib ki, cari ilin yanvar-iyul aylarında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 5 milyard 160 milyon dollar vəsait daxil olub.

O cümlədən bu ilin yeddi ayında Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri 209 milyon dollar təşkil edib. 2007-ci ildən bu vaxtadək isə bu rəqəm 2 milyard 703 milyon dollar olub.

Azvision.az


Teqlər: Neft   Gəlir   ARDNF  





Xəbər lenti