BNA Məhəmməd Hadi küçəsində dəyişikliklər edir - FOTOLAR

BNA Məhəmməd Hadi küçəsində dəyişikliklər edir -    FOTOLAR
  14 Avqust 2019    Oxunub:1907
Dövlət başçısının tapşırığına əsasən Məhəmməd Hadi küçəsində yol hərəkətinin təhlükəsizliyinin artırılması, fövqəladə hallar zamanı operativ nəqliyyat vasitələrinin sərbəst hərəkətinin təmin edilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən yol infrastrukturunda bir sıra dəyişikliklər həyata keçirilir.
BNA-dan Azvision.az -a verilən məlumata görə, nəzərdə tutulan işlər çərçivəsində Məhəmməd Hadi küçəsində layihələndirmə işləri aparılıb. Qeyd olunub ki, bu zaman müasir küçə dizaynının elementlərindən istifadə edilib.



Əsas dəyişikliklər səkilərin yolun hərəkət hissəsinə doğru genişləndirilməsi vasitəsilə təşkil ediləcək. Belə ki, piyadalar üçün piyada keçid məsafəsinin azaldılması və gözləmək üçün daha geniş səkinin təmin ediləcək, ərazidə müşahidə edilən xaotik parklanma vəziyyətinin nizama salınacaq, yol kəsişmələrində nəqliyyat vasitələri üçün münasib dönmə radiuslarının təşkil ediləcək və avtobus, taksi minik avtomobilləri üçün xüsusi yerlər ayrılacaq.



Qeyd edək ki, işlərin bu ay ərzində yekunlaşması nəzərdə tutulub. Analoji tədbirlər yol infrastrukturunun imkan verdiyi digər küçələrdə də icra ediləcək.

Azvision.az



Teqlər: BNA  





Xəbər lenti