Gömrük Komitəsi büdcəyə 2,4 milyard köçürüb

Gömrük Komitəsi büdcəyə 2,4 milyard köçürüb
  14 Avqust 2019    Oxunub:1467
2019-cu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 2 milyard 478 milyon 555 min manat olub.
Komitədən Azvision.az -a bildirilib ki, yeddi ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 596 milyon 928 min manat, əlavə dəyər vergisi üzrə 1 milyard 693 milyon 276 min manat, aksizlər üzrə 162 milyon 447 min manat, yol vergisi üzrə isə 25 milyon 903 min manat təşkil edib.

Azvision.az


Teqlər: DGK  





Xəbər lenti