Bu il ölkəyə 23 minə yaxın avtomobil gətirilib

  14 Avqust 2019    Oxunub : 526
Bu il ölkəyə 23 minə yaxın avtomobil gətirilib
2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı 22 min 974 olub.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 139-u sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 20 min 800-ü əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1943-ü yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 92-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Azvision.az

Teqlər: DGK   Avtomobil