İqtisadiyyat Nazirliyindən
Azvision.az -a verilən məlumata görə, bunu nazir Şahin Mustafayev Nazirlikdə keçirilən geniş kollegiya iclasında çıxış edərkən deyib. Onun sözlərinə görə, ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub ki, bunun da böyük hissəsi qeyri-neft sektorunun payına düşür. Nazir bildirilib ki, valyuta ehtiyatlarımız rekord həddə çataraq 49 milyard dollar səviyyəsindədir. Bu ilin 6 ayında əhalinin gəlirləri 6,6% artıb, inflyasiya 2,5% təşkil edib.
Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasının dövlət başçısının inkişaf strategiyasının əsas hədəflərindən olduğunu vurğulayan Kollegiyanın sədri Şahin Mustafayev 2019-cu ilin əvvəlində böyük sosial paketin təsdiqləndiyini və bunun 4,2 milyon insanı əhatə etdiyini diqqətə çatdırıb.
Azvision.az