Bəzi rayonlarda qaz olmayacaq

Bəzi rayonlarda qaz olmayacaq
  15 Avqust 2019    Oxunub:1702
Orta təzyiqli qaz xətlərində sazlama işlərinin aparılması məqsədilə bu gün saat 10:00-dan etibarən Sabunçu rayonu, Maştağa qəsəbəsində, saat 12:00-dan etibarən Binəqədi rayonunun bir hissəsi və bir neçə sənaye müəssisəsində qaz təchizatı dayandırılacaq.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, saat 14:00-dan etibarən isə Beyləqan rayonunun mərkəzində təbii qaz təchizatının dayandırılması nəzərdə tutulur.

Azvision.az


Teqlər: Azəriqaz  





Xəbər lenti