Aqrar sahədə Koreya təcrübəsi öyrənilir
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Azərbaycanın tədarük və təchizat sisteminin daha da təkmilləşdirilməsi sahəsində Koreya təcrübəsinin öyrənilməsi və tətbiqi müzakirə edilib.
Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova Koreya nümayəndə heyəti ilə keçirilən görüşün ölkəmizdə aqrar sahənin inkişafında müstəsna rolu olacağını bildirib:
“Koreya ilə Azərbaycan arasında dostluq münasibətləri mövcuddur, müxtəlif sahələr üzrə əməkdaşlığımız var. Aqrar sahədə Koreyanın zəngin təcrübəsi var, biz bu təcrübənin öyrənilməsində və ölkəmizdə tətbiqində maraqlıyıq. Bunun üçün bu ölkənin müvafiq qurumları ilə davamlı görüşlər keçiririk. Aqrar sahədə fəaliyyət göstərən fermerlərdən ibarət kooperativlərin yaradılmasında Koreyanın zəngin təcrübəsindən yararlanmaq Azərbaycanda bölgələrdə kənd təsərrüfatının inkişafı, fermerlərin bu sahədə təşkilatlanması istiqamətində görülən işlərin daha da sürətlənməsinə və genişlənməsinə təkan verəcək.”
Azvision.az
Teqlər: KOICA