Nar bağlarında zərərvericilər aşkarlanıb

Nar bağlarında zərərvericilər aşkarlanıb
  15 Avqust 2019    Oxunub:1493
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri Lənkəran rayonunda sitrus bitkiləri becərən sahibkarlarla görüşüblər.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, sahibkarlara aqrokimyəvi maddələrdən istifadə, pestisidlərlə işləyən zaman əməledilməli təhlükəsizlik qaydaları barədə məlumat verilib. Bildirilib ki, sitrus bitkilərinə zərər verən orqanizmlər və onlara qarşı mübarizə tədbirləri yüksək məhsuldarlığa nail olmaq və fitosanitar sabitliyi qorumaq baxımından çox vacibdir.

Görüş çərçivəsində Agentlik mütəxəssisləri tərəfindən sitrus bağlarında müşahidələr aparılıb, təsərrüfat sahiblərinə lazımi tövsiyyələr verilib.

Agentliyin əməkdaşları tərəfindən növbəti fitosanitar müşahidələr Beyləqan rayonunda 187 hektar nar bağında aparılıb. Müşahidələr zamanı meyvə bağlarında zərərli orqanizmlərdən olan mənənə ve yastıcalar aşkarlanıb. Təsərrüfat sahiblərinə kimyəvi preparatlardan istifadə qaydaları və təhlükəsizlik tədbirləri barədə məlumatlar verilib.

Azvision.az



Teqlər: AQTA  





Xəbər lenti