Əsas kapitala yönələn vəsaitin həcmi azalıb

  16 Avqust 2019    Oxunub : 645
Əsas kapitala yönələn vəsaitin həcmi azalıb
Bu ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7395,5 milyon manat vəsait yönəldilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 0,8% azdır.
Azvision.az -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sərf edilən vəsaitin 67,7%-ni bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Ümumi sərmayənin 64,3%-i məhsul istehsalı sahələrinə, 26,4%-i xidmət sahələrinə, 9,3%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsait ümumi sərmayənin 70,8%-ni təşkil edib.

Əsas kapitala yönəldilən sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 55,3%, büdcə vəsaitləri 28,1%, bank kreditləri 7,9%, əhalinin şəxsi vəsaitləri 6,9%, büdcədənkənar fondların vəsaitləri 1,5%, sair vəsaitlər isə 0,3% təşkil edib.

2019-cu ilin yanvar-iyul aylarında Bakı şəhərində şpris istehsalı zavodu, DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Qobustan rayonunda “Azərxalça” ASC-nin Qobustan filialı, Qobustan-Poladlı avtomobil yolu, Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Mərdəkan-Qala avtomobil yolu, Sumqayıt şəhərində “SOCAR karbamid” zavodu, Polietilen zavodu, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli və Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, bunlardan əlavə Bakı şəhərində 140 yerlik məktəbəqədər təhsil müəssisəsi və 200 çarpayılıq xəstəxana, Naxçıvan Muxtar Respublikasında 1170 şagird yerlik 2 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 35 nəfər olan 2 ambulatoriya-poliklinika müəssisəsi, Goranboy, QobustanŞəmkir rayonlarında 440 çarpayılıq 3 xəstəxana və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

Azvision.az

Teqlər: DSK   Vəsait