İnkişafı Mərkəzinin Əsasnaməsi təsdiq edilib

  16 Avqust 2019    Oxunub : 520
İnkişafı Mərkəzinin Əsasnaməsi təsdiq edilib
İqtisadiyyat Nazirliyinin Kollegiyası tərəfindən Dövlət-Sahibkar Tərəfdaşlığının (Public Private Partnership) İnkişafı Mərkəzinin Əsasnaməsi təsdiq edilib.
Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən Azvision.az -a verilən məlumata görə, Agentliyin strukturunda fəaliyyət göstərəcək Mərkəzin əsas fəaliyyət istiqamətləri dövlət-özəl tərəfdaşlığı sahəsində biznes mühitinin inkişaf etdirilməsi və institusional təşkilati infrastrukturun təkmilləşdirilməsi, dövlət-özəl tərəfdaşlığı üzrə proqram və layihələrin hazırlanması, həyata keçirilməsi və müvafiq benefisiar qurumlarla səmərəli əlaqələndirilməsi, belə layihələrdə kiçik və orta biznesin iştirakının genişləndirilməsi, layihələrin maliyyələşdirilməsi üzrə investorların cəlb edilməsi işinə dəstək verilməsi, eləcə də bu sahədə dövlət qurumları da daxil olmaqla bütün maraqlı tərəflərin maarifləndirilməsi və onların bilik və bacarıqlarının artırılmasıdır.

Mərkəzin fəaliyyəti Azərbaycanın sosial-iqtisadi inkişafına dair strateji sənədlərdə qeyd olunan sahələrdə dövlət-özəl tərəfdaşlığı layihələrinin daha səmərəli həyata keçirilməsinə xidmət etməklə, özəl investisiyaların sosial və iqtisadi əhəmiyyət kəsb edən infrastruktur layihələrinin inkişafına yönəldilməsinə töhfə verəcək.

Azvision.az

Teqlər: KOBİA