Ölkəyə əczaçılıq məhsullarının idxalı azalıb

  17 Avqust 2019    Oxunub : 842
Ölkəyə əczaçılıq məhsullarının idxalı azalıb
Bu ilin yeddi ayında ölkəyə 8 min 36 ton əczaçılıq məhsulları idxal olunub.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Bildirilib ki, hesabat dövründə idxal edilən əczaçılıq məhsullarının dəyəri 154 milyon 849 min ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin müvafiq dövründə 153 milyon 793 min dollarlıq 8 min 333 ton əczaçılıq məhsulları idxal edilib.

Azvision.az

Teqlər: Dərman   İdxal   DGK   Gömrük